Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib.
Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.
Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12