Culfa rayonu ərazisində qoşqulu yük avtomobili yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal Culfa Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb ediliblər.
Culfada yük avtomobili yandı - VİDEO
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Scania" markalı yük avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və 1 ədəd qoşqusu yanıb, digər qoşqu yanğından mühafizə olunub.
Qaynar xətt:
(055) 224 12 12