Hərəkətdə olan avtomobil qəfil alışıb.
Oxu.Az-ın məlumatına görə, Qala qəsəbəsində "4 yol" adlanan ərazidə vətəndaşa məxsus "Ford" markalı avtomobil hərəkətdə olarkən qəfil alışmağa başlayıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12