İmişli rayonunda qoşqulu traktorla yük avtomobili toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində baş verib.
Belə ki, kənd ərazisində qoşqulu traktorla QAZ-53 markalı yük maşını toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Xəsarət alan olmayıb. Traktorda olan pambıq ətrafa səpələnib.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12