İsmayıllı rayonunda həyətdən meyit tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndi ərazisində baş verib. Kənd sakini 1995-ci il təvəllüdlü Elvin Süleymanovun meyiti yaşadığı evin həyətində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli