Lənkəranda açıq sahədə yanğın başlayıb.
Oxu.Az AZƏRTAC-a istinadl xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib.
Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Qaynar xətt:
(055) 224 12 12