Şərur rayonunda qohumunu öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə Şərur Rayon Prokurorluğundan bildiriblər
Qeyd olunub ki, iyulun 13-də Şərur rayon sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı, Şərur rayonunun Yuxarı Havuş kənd sakini, 1992-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimovun rayonun Aşağı Daşarx kəndində əmisi və həmkəndlisi 1971-ci il təvəllüdlü Cabir İbrahim oğlu İbrahimov tərəfindən torpaq sahəsi üzərində yaranan mübahisə zamanı dəmir parçası ilə xəsarət yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. C.İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Naxçıvanda qətl hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Şərur rayonunun Daşarx kəndində qeydə alınıb.
Bildirilib ki, Yeni Havuş kənd sakini, 1991-ci il təvəllüdlü İbrahim Əbülfəz oğlu İbrahimov qətlə yetirilib.
Onu qətlə yetirməkdə həmin kənd sakini, 1971-ci il təvəllüdlü Sabir İbrahim oğlu İbrahimov şübhəli bilinir.
Qeyd olunur ki, İ.İbrahimov S.İbrahimovun qardaşı oğludur, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.