Biləcəri qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
69 yaşlı Yaşar Bədəlov yaşadığı mənzildə ailə münaqişəsi zəminində özündən 10 yaş kiçik həyat yoldaşı Nərminə Bədəlovanı balta ilə qətlə yetirib. Daha sonra onun da meyiti həmin mənzildə tapılıb.
Hadisə ilə bağlı qonşular bildiriblər ki, cütlük uzun müddət ailə kimi yaşayıb, lakin məhkəmə qərarı ilə boşanıblar. Boşandıqdan sonra kişi evdən çıxıb, təxminən 6 ay ayrı yaşayıb. Sonradan yaşayış hüququ əldə etdikdən sonra yenidən eyni mənzildə, lakin ayrı otaqlarda yaşamağa başlayıblar.
"Bir evdə sakit yaşayırdılar, kişi ayrı, qadın ayrı otaqda qalırdı. Aralarında yenidən mübahisə yaranıb, kişi qadını balta ilə vurub, yəqin ki, şah damarını kəsib", - deyə qonşulardan biri bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Binəqədidə ər arvadını balta ilə öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə noyabrın 10-u saat 02 radələrində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü Yaşar Əbülfət oğlu Bədəlov yaşadığı Biləcəri qəsəbəsindəki evdə münaqişə zəminində arvadı 1966-cı il təvəllüdlü Nərminəni balta ilə öldürüb.
Rayon prokurorluğunda araşdırma aparılır.