Qazaxda yük avtomobilinin sürücüsü infarkt keçirərək vəfat edib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
Belə ki, 1961-ci il təvəllüdlü İsmayıl Məmmədov "KamAZ" markalı yük avtomobilini idarə edərkən qəfil halı pisləşib.
O, nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşüb, lakin bir qədər sonra vəfat edib.
Sürücünün infarkt keçirdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12