Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qəbələdə yeniyetmə hovuzda boğularaq öldü: Hadisə yerindən görüntülər
Qəbələdə hovuzda boğulan yeniyetmə ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az Bizim.Media-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Qəbələnin Vəndam qəsəbəsində fərdi qonaq evlərindən birində bədbəxt hadisə baş verib.
Belə ki, Ağcabədi rayon sakini, 15 yaşlı Hüseyn Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğularaq ölüb.
Adının çəkilməsini istəməyən yerli sakinlərdən birinin verdiyi məlumata əsasən Hüseynovlar ailəsi tətil günlərində qəsəbədəki fərdi evlərdən birini kirayə tutaraq yerləşiblər. Hadisə axşam saatlarında baş verib. Deyilənə görə, 15 yaşlı yeniyetmə hovuzun ətrafında gəzərkən ayağı qəflətən ilişərək yıxılıb və onu kimsə xilas edə bilməyib.
Digər bir məlumata əsasən isə yeniyetmə xəstəlikdən əziyyət çəkib. Onun sudurğası varmış və hadisə də elə o, hovuz ətrafında olarkən baş verib. Hüseyn hovuza yıxılıb və beləcə orada keçinib.
Hadisədən sonra yeniyetmənin yaxınları xəbər tutub və müvafiq orqanlar məlumatlandırılıb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.
Qəbələdə yeniyetmə kirayə yaşadığı evin hovuzunda boğularaq ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Qəbələ rayonunun Vəndam qəsəbəsində baş verib.
Məlumata görə, fevralın 1-də saat 22 radələrində Ağcabədi rayon sakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynov kirayədə yaşadığı evin hovuzunda boğulub.