Sabirabad rayonunun Zəngənə kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
Oxu.Az-ın məlumatına görə, araşdırmalarla yanğının E.Məlikov tərəfindən törədildiyi məlum olub.
Hadisə nəticəsində 40 hektardan çox biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
Qaynar xətt:
(055) 224 12 12