Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın sabiq prezidenti Viktor Yuşenko ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
"20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edildi", - paylaşımda deyilir.
Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.
— İlham Əliyev (@azpresident) August 17, 2026
20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin… pic.twitter.com/6CA8eO6ELS