Muğanlı-İsmayıllı yolunda baş verən avtomobil qəzasının təfərrüatı məlum olub.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Elvin Hacıyev məlumat verib.
O bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saat 11-də Muğanlı-İsmayıllı yolunun 4-cü kilometrliyində baş verib.
"Pəncalı Hacıağa oğlu Hacızadə 77-CD-175 dövlət qeydiyyat nişanlı "Mercedes Atego" markalı yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Heç bir xəsarət yoxdur", - deyə E.Hacıyev bildirib.
Bu gün Şamaxı-Muğanlı-İsmayıllı yolunda avtomobil qəzası baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, "Mercedes" markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Qeyd olunub ki, sözügedən yolda tez-tez qəzalar baş verir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.