Türkiyənin Bursa şəhərində torpaq sürüşməsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə şəhərin Mudanya rayonunun Trilye Çamlık Təpəsi ərazisində olub. Məlumata görə, torpaq sürüşməsi zamanı çimərlikdə olanlar arasında təşvişə səbəb olub. Edilən xəbərdarlıqdan sonra onlar təhlükəsiz əraziyə çəkilə biliblər. Hadisə zamanı heç kim xəsarət almayıb.
Jandarm və AFAD briqadaları ərazidə təhqiqat işlərinə başlayıb, eyni zamanda, Mudanya Bələdiyyə Sədri polisləri ilə birgə hadisə yerinə baxış keçirib. Ekspertlər Çamlıq Təpəsinin geoloji strukturuna işarə edərək, növbəti sürüşmə təhlükəsinin mümkünlüyünü vurğulayıblar.