Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, istismar müddətini bitirmiş xətlər mərhələli şəkildə yeniləri ilə əvəzlənir.
Məhərrəm Əliyev
Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində su borusu partlayıb.
Oxu.Az-ın məlumatına görə, borunun partlaması nəticəsində ərazidə su axını müşahidə edilir. Asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Hadisə səbəbindən ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Məhərrəm Əliyev