Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolundakı yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
İdarədən Oxu.Az-a verilən məlumatda bildirilib ki, sentyabrın 6-da saat 7 radələrində Bakı-Quba avtomobil yolunun 28-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Bayram Qurbanovun idarə etdiyi "Mercedes-Benz" markalı, 77-NQ-154 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İlham Vəliyevin idarə etdiyi KIA markalı, 50-AE-425 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində avtobusda olan iki sərnişin yüngül xəsarət alıb. Ölüm və ağır xəsarət faktı qeydə alınmayıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yük avtomobilinin təkərlərindən birinin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıt şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "Mercedes" markalı yük avtomobilinin təkəri qəfil partlayıb. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusda olan 2 sərnişin Sumqayıt Tibb Mərkəzinə çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, qəza ilə əlaqədar 2 sərnişin xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstəriləndən sonra ambulator müalicə məqsədi ilə evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli