Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı
Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.
"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda qeyd olunub.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- AYNA-nın "TikTok" paylaşımındakı mahnı etiraza SƏBƏB OLDU: Əxlaqsızlığı və narkotiki təbliğ edir
- Dövlət sərhədini pozmağa cəhd olundu: Bir nəfər zərərsizləşdirildi, saxlanılanlar var
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat