Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində xəsarət alan obyekt sahibinin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Yevlax Rayon Mərkəzi Xəstəxanası və Nərimanov Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, şəxs sonradan Bakıya təxliyə olunub:
"Fevralın 24-ü saat 17:30-da 1969-cu il təvəllüdlü şəxs (kişi) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bədənin II dərəcəli termiki yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub.
Həmin mərkəzdə müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Aygün Mirakif
Yevlax rayonunda kafedə baş verən partlayış nəticəsində öldüyü bildirilən şəxs sağ qalıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.
Bildirilir ki, kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan kafe sahibi, Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və komaya düşüb. O, Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.
Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Samir Əli