Bu gün Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan dörd nəfərdən biri dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 3-ə çatıb.
Qeyd olunub ki, xəsarət alan Mütəllim Mütəllimov Zərdab Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.
Zərdabda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Zərdab Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, bu gün saat 11:10-da Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə dörd nəfər (bir qadın, üç kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən üç nəfərin (iki kişi, bir qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Zərdab rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əlvəd kənd ərazisində qeydə alınan qəzada dörd nəfər xəsarət alıb.
Avtomobilin kanala aşması nəticəsində Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova, Mütəllim Mütəlimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Rasim Yaqub oğlu Nəsibov, Paket Kamran qızı Nəsibova isə hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif
Zərdabda yol-nəqliyyat hadisəsi olub, ölənlər və xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonunun Əlvəd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai Santa Fe" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
İlkin məlumata görə, iki nəfər ölüb, üç yaralı var.
Fakt araşdırılır.
