Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

56 yaşlı baş məşqçi 29 yaşlı qızla evləndi – FOTO
28 illik həyat yoldaşı Şenay Yanala xəyanət edən “Trabzonspor”un baş məşqçisi Ersun Yanal evlənib.
Oxu.Az fanat.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis 6 ay əvvəl nişanlandığı İrem Ağanla nigah masasına oturub.
Cümə günü “Alanyaspor”a 3:4 hesabı ilə yenilən “Trabzonspor”un baş məşqçisi dünən sadə bir mərasimlə evliliyini rəsmiləşdirib. Nigah evində keçirilən mərasimdə yalnız ailələr iştirak edib.
Qeyd edək ki, Ersun Yanalın evləndiyi İrem Ağan Cumhuriyyət Xalq Partiyasından Bodrumun keçmiş bələdiyyə sədri Mazlum Ağanın qızıdı. Onun 29 yaşı var.
A.M.
Ən çox oxunanlar