ABŞ-də keçirilən mövsümün sonuncu Böyük Dəbilqə turnirində kişilər arasında çempion bəlli olub.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində təşkil olunan turnirin kişi çempionunu müəyyən etmək üçün keçirilən qarşılaşmada, karyeralarında ilk dəfə "US Open"də finala yüksələn Yannik Sinner və Teylor Frits qarşılaşıblar.
İtaliyalı tennisçi Yannik Sinner 2 saat 16 dəqiqənin sonunda Fritsi üç setdə (6:3, 6:4 və 7:5) məğlub edərək kubokun sahibi olub.
2024-cü ildə Açıq Avstraliya çempionatından sonra karyerasında ikinci Böyük Dəbilqə çempionluğunu qazanan 23 yaşlı italiyalı raketka ustası cari mövsümdə 6-cı, karyerasında isə 16-cı titulunu bayram edib.
Əlavə edək ki, qadınlar arasında turnirin qalibi Belarusdan Arina Sobolenko olub. Ümumi mükafat fondu 75 milyon dollar olan turnirin hər iki qalibi 3.6 milyon dollar qazanıb.
Rəylər