Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Adı Ukrayna klubu ilə hallanan "Zirə"nin futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər
Ukraynanın "Dinamo Kiyev" klubunun maraqlandığı "Zirə"nin futbolçusu Salifu Suma bu dəfə Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Serhat Kantoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Türkiyə təmsilçiləri "Beşiktaş" və "Fənərbaxça" Qvineyadan olan vingeri yaxından izləyirlər.
Qeyd edək ki, Salifi Sumanın "Zirə" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. 21 yaşlı oyunçu cari mövsüm Azərbaycan Premyer Liqasında 19 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2023-cü ilin yayında Fransanın "Havr" komandasından Bakı təmsilçisinə keçib.
Rəylər