AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının III turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini açıqlayıb.
Oxu.Az xəbər verir ki, Rəhim Həsənov bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında danışıb.
Komitə sədri "Qəbələ" - "Şamaxı", "Şəfa" - "İmişli", "Kəpəz" - "Turan Tovuz", "Zirə" - "Neftçi", "Araz-Naxçıvan" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" matçlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Rəhim Həsənov bildirib ki, hakimlər bütün hallarda düzgün qərarlar qəbul ediblər.
AFFA-dan mübahisəli hakim qərarlarına rəsmi münasibət: Kim haqlıdır, kim haqsız? - VİDEO
Qaynar xətt:
(055) 224 12 12