Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub.
Oxu.Az xəbər verir ki, son yarış günündə kişilər arasında qalib və mükafatçıların adları açıqlanıb.
Səid Mahmudov (55 kiloqram) toplamda 171 kiloqram, Amin Osmanov (61 kiloqram) toplamda 231 kiloqram, Tehran Məmmədov (67 kiloqram) toplamda 277 kiloqram, İsa Rüstəmov (73 kiloqram) toplamda 328 kiloqram, Elxan Əliquluzadə (81 kiloqram) toplamda 325 kiloqram, Nurlan Rəsulov (89 kiloqram) toplamda 330 kiloqram, Nurlan Məmmədzadə (96 kiloqram) toplamda 290 kiloqram, Məmməd Əhmədzadə (102 kiloqram) toplamda 282 kiloqram, Azər Məmmədli (+109 kiloqram) toplamda 330 kiloqram (150 kiloqram+180 kiloqram) nəticə göstərərək çempion adını qazanıblar.
Ölkə miqyaslı yarışın ən yaxşı kişi idmançısı adını İsa Rüstəmov qazanıb. Ən yaxşı qadın idmançı adına isə Rahilə Hüseynova layiq görülüb.
Azərbaycan çempionatının yekunlarına əsasən ən yaxşı kişi və qadın komandalarının da adlarına aydınlıq gətirilib:
Kişi komandaları
1-ci yer: Qazax
2-ci yer: Lənkəran
3-cü yer: Abşeron
Qadın komandaları:
1-ci yer: Qazax
2-ci yer: Lənkəran
3-cü yer: İsmayıllı
Qeyd edək ki, Azərbaycan çempionatında ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
"Azərbaycan Ağırlıqqaldırma Federasiyası" teqi üzrə xəbərlər
- Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib
- Azərbaycanlı ağr atlet beynəlxalq turnirin qalibi oldu
- Dadaş Dadaşbəyli: "Azərbaycan bayrağını hər zaman yüksəklərə qaldırmağa çalışıram"
- Dünya çempionatında gümüş medal qazanan idmançımız vətənə qayıdıb
- Azərbaycan ağırlıqqaldıranı dünya ikincisi oldu
Rəylər