Azərbaycan Mini-Futbol Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə bu il üçüncü “Alfa Liqa” turniri keçiriləcək.
AMFA-dan Oxu.Az-a verilən məlumata görə, üçüncüsü gerçəkləşəcək mini futbol liqasına artıq qeydiyyat start götürüb.
Sentyabrın 10-dan etibarən qeydiyyat start götürüb. Mini futbol komandaları mübarizəyə oktyabrın ikinci yarısından etibarən qoşulacaq. Bu, ilin sonunadək davam edəcək.
Qeyd edək ki, oyunlar “Azfar Bakcell” stadionunda keçiriləcək.

Səbuhi Musayev