Amerika Kubokunda 1/4 final mərhələsi başa çatmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu mərhələnin son oyun günündə Kolumbiya Panama ilə, Uruqvay isə Braziliya ilə üz-üzə gələcək.
Kolumbiya Panama ilə saat 2:00-da, Uruqvay isə Braziliya ilə 5:00-da qarşılaşacaq.
Panamanı sınağa çəkən Kolumbiya bu görüşə itkilərlə çıxacaq. Belə ki, Lerma Ceferson cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək. Con Lukuminin isə oynayıb-oynamayacağı sual altındadır. Görüşü italiyalı hakimlər briqadasından Maurizio Mariani idarə edəcək.
Uruqvayla Braziliya görüşündə də komandaların heyətində itkilər var. Nominal meydan sahiblərindən Kristian Oliveyra, Braziliyadan isə Vinisius Junior cəzalı olduqları üçün görüşü buraxmalı olacaqlar. Gərgin mübarizə vəd edən görüşü argentinalı hakim Dario Herreyra idarə edəcək.
Qeyd edək ki, yarımfinal görüşlərinə iyul ayının 10-da start veriləcək.
7 iyul
1/4 final
Kolumbiya - Panama
Saat 2:00, "State Farm Stadium"
Uruqvay - Braziliya
Saat 5:00, "Allegiant Stadium"
Rəylər