Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Araz Abdullayev rəsmən Kipr klubunda
“Qəbələ”nin və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək.
Oxu.Az sport24.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Anortosis” klubuna keçib. Abdullayev Famaqusta təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə “Neftçi”də çıxış edib. 2011-2012-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısında Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Araz 2017-ci ilin qış transfer pəncərəsində “Qəbələ” ilə müqavilə imzalamışdı.
Abdullayev millimizdə 2008-ci ildən çıxış edir.
A.H.
"Neftçi PFK" teqi üzrə xəbərlər
- Azərbaycanda "Barselona" akademiyası: İnkişaf üçün əla fürsət
- "Sabah" klubu məşqçisinin hakimləri təhqir etməsi səbəbindən cəzalandırılıb
- "Neftçi"nin baş məşqçisi məğlubiyyəti şərh etdi
- "Sabah"ın baş məşqçisi jurnalistlərin suallarını cavablamaqdan boyun qaçırdı
- Azərbaycan Kuboku: "Sabah" səfərdə "Neftçi"yə qalib gəldi