Türkiyədə təlim-məşq toplanışı çərçivəsində "Araz-Naxçıvan" bu gün ilk yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi yerli "Bayburtspor"la üz-üzə gəlib.
Elmar Baxşıyevin komandası 14:0 hesabı ilə qələbə qazanıb. Ramon Maçadonun poker, Patrik Andrade, Ülvi İsgəndərov və Çarles Bolinin dubl etdiyi matçda digər qolları Ba-Muaka Simakala, Elçin Mustafayev, Felipe Santos, Bar Kohen vurublar.
Baş məşqçi Elmar Baxşıyev meydana iki fərqli heyət buraxıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" iyulun 11-də "Alanyaspor"la, ayın 17-də "Trabzonspor"la qarşılaşacaq.
Təlim-məşq toplanışını iyulun 5-dən Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" bu gün "Bayburtspor"la qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi bundan başqa üç komanda ilə üz-üzə gələcək.
Komandamız hər üç matçında Türkiyə təmsilçiləri ilə qarşılaşacaq.
9 iyul
"Bayburtspor" - "Araz-Naxçıvan".
11 iyul
"Alanyaspor" - "Araz-Naxçıvan".
17 iyul
"Trabzonspor" - "Araz-Naxçıvan".