Baş məşqçi Andrey Demçenkonun istəyi ilə "Araz-Naxçıvan"ın məşqçilər korpusuna yeni mütəxəssis dəvət olunub.
Bu barədə Oxu.Az-a Naxçıvan təmsilçisindən məlumat verilib.
39 yaşlı Yevgen Pisotski məşqçi kimi komandaya kömək edəcək. Ukraynalı mütəxəssislə 5 ay + 1 il prinsipi ilə müqavilə imzalanıb.
Qeyd edək ki, məşqçilər korpusunda Y.Pisotskiyə qədər Rikkardo De Vivo, Vadar Nuriyev, Əfran İsmayılov və Cəmaləddin Əliyev yer alırdılar.