"Arsenal"ın ulduz futbolçusu Jorjinyo Braziliyanın "Flamenqo" klubuna transfer olunub.
Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Bildirilib ki, yarımmüdafiəçi Braziliya klubu ilə üç illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Qarabağ"ın sabiq hücumçusu Olavio Juninyo da hazırda "Flamenqo"nun heyətində çıxış edir.
Qeyd edək ki, Jorjinyo bu mövsüm "Arsenal" forması ilə 27 oyuna çıxıb, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.