Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Arsenal" klubunun ulduzu minimum iki ay yaşıl meydanlarda olmayacaq
İngiltərənin "Arsenal" klubunun futbolçusu Bukayo Saka əməliyyat olunduğu üçün iki ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta bildirib.
Mütəxəssis futbolçunun uzun müddət oynamayacağını deyib.
Qeyd edək ki, 23 yaşlı ingiltərəli futbolçu XVII turda, "Kristal Pelas"la matçın 24-cü dəqiqəsində zədələnərək meydanı tərk edib. Hücumçu cari mövsüm "topçular"ın heyətində İngiltərə Premyer Liqasında meydana çıxdığı 16 oyunda 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər