Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub oldu
"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"a (Niderland) məğlub olub.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən oyun qonaq komandanın 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz şotlandiyalı baş hakim Nikolas Uolşun idarə etdiyi qarşılaşmaya uğursuz başlayıb. 15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Hesabı isə 36-cı dəqidədə Kennet Teylor açıb. Amsterdam təmsilçisi 74-cü dəqiqədə Vaut Veqhorstun penalti zərbəsini dəqiq yerinə yetirməsindən sonra fərqi iki topa çatdırıb. Görüşdə yekun hesabı isə 77-ci dəqiqədə adını tabloya yazdıran Çuba Akpom təyin edib.
2 dəqiqə sonra isə Ağdam klubunun heyətində Elvin Cəfərquliyev ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alıb. Bununla da "Qarabağ" oyunu 9 nəfərlə tamamlayıb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiy kollektiv Avropa Liqasındakı növbəti oyununu noyabrın 7-də Norveç təmsilçisi "Bodo Qlimt"ə qarşı keçirəcək.
"Qarabağ" - "Ayaks" görüşündə hesabda yenə dəyişiklik var.
77-ci dəqiqədə Çuba Akpom qonaqların üçüncü qolunu vurur - 0:3.
Qonaqlar "Qarabağ" azarkeşlərini növbəti dəfə məyus edirlər.
"Ayaks"ın futbolçusu Vaut Herqorst 74-cü dəqiqədə komandasının ikinci qolunu vurur - 0:2.
Tofiq Bəhramov adına Respublika Stadionunda yenidən canlanma var.
Hakim "Qarabağ" - "Ayaks" oyununun ikinci hissəsinə start verir.
İlk hissənin nəticəsinə görə, qonaqlar hesabda öndədirlər - 0:1.
"Qarabağ" - "Ayaks" oyununda ilk hissə başa çatdı.
İlk hissənin nəticəsinə görə, qonaqlar hesabda öndədirlər - 0:1.
"Qarabağ" - "Ayaks" oyununda hesab açıldı.
Kennet Teylor 36-cı dəqiqədə qonaqları hesabda önə çıxardı - 0:1.
Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Avropa Liqasının III turunda Niderlandın "Ayaks" klubunu qəbul edir.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş başlayıb.
Matçda ədaləti FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası qoruyur.
UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda baş tutacaq "Qarabağ" - "Ayaks" (Niderland) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun 20:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.
"Ayaks": Remko Pasver, Yorrel Hato, Yosip Şutalo, Daniele Ruqani, Devayn Renç, Kennet Teylor, Cordan Henderson, Kian Fitç Cim, Mika Qodts, Vaut Herqorst, Kristian Ramussen.
Azərbaycan təmsilçisi "Qarabağ" bu gün UEFA Avropa Liqasının III turunda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.
Oxu.Az xəbər verir ki, bu, "Qarabağ"ın doğma divarlar arasında keçirdiyi ikinci oyunu olacaq.
Matçda ədaləti FIFA referisi Nikolas Ualşın başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası qoruyacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, Avropa Liqasının bu mərhələsində "Qarabağ" bundan öncəki hər iki oyunda məğlub olub. Səfərdə "Tottenhem"ə 3:0 hesabı ilə məğlub olan təmsilçimiz ev oyununda "Malmö"nün qapısından bir qol keçirsə də, son nəticədə 1:2 hesabı ilə uduzub.
UEFA Avropa Liqası
III tur
Saat 20:45, "Qarabağ" - "Ayaks"
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər