"Milli səviyyəsində ilk dəfədir ki, belə qısa vaxtda ard-arda dörd oyun olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan millisinin Tacikistanla keçirəcəyi yoldaşlıq oyunundan əvvəl millimizin baş məşqçisi Ayxan Abbasov deyib.
O bildirib ki, futbolçularımn bəziləri komandaya gec qoşulub:
"Buna baxmayaraq bütün oyunlara hazırlıqlı çıxmaq istəyirik. Rotasiyalı heyətlər olacaq. Çalışacağıq ki, gənc oyunçular meydana çıxıb milli komanda ruhunu hiss etsinlər. Təbii ki, bizi qarşıda UEFA Millətlər Liqasında daha çətin üç qarşılaşma gözləyir. O oyunlarda da sərfəli nəticə qazanmaq üçün sabahkı matç hazırlıq baxımından önəmli rol oynayır.
Güc baxımından Tacikistan millisi ilə bir-birimizə yaxınıq. Belə komandalara qarşı oynayıb, oynumuzu gücləndirməliyik", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, "Palm Sport Arena"da keçiriləcək Azərbaycan - Tacikistan görüşü sentyabrın 23-ü saat 20:00-da start götürəcək.