Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.
Oxu.Az xəbər verir ki, Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov vəfat edib. O, şəkərli diabetdən əziyyət çəkirmiş.
9 oktyabr 1951-ci ildə Mingəçevirdə anadan olmuş Şaiq Həmidov 2006-2013-cü illərdə Milla Paralimpiya Komitəsində (MPK) icraçı direktor, 2013-2017-ci illərdə həmin qurumda vitse-prezident vəzifələrində işləyib. O, 2017-ci ilin martından dekabrınadək isə MPK-nın baş katibi olub.
Həmçinin o, son vaxtlaradək AFFA nümayəndəsi kimi Premyer Liqa oyunlarına təyinat alırdı.
Allah rəhmət eləsin!