Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında “Qəbələ” klubu doğma meydanda “İnter”i qəbul edib.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn meydan sahibləri bu dəfə də inamlı təsir bağışlayıblar. Matç Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində Daniel Subotiç və Baqali Dabo, müvafiq olaraq, 12 və 33-cü dəqiqələrdə fərqləniblər.
Digər yarımfinal matçında “Qarabağ” və “Neftçi” komandaları qarşılşacaq.
S.B.
www.oxu.az