Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan millisinin baş məşqçisi: "Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir"
"Dünya çempionatının Bakıda keçirilməsi böyük idman hadisəsidir".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan "Fan Zona"da jurnalistlərə açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev deyib.
"Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi çox sevindiricidir. Komandamızda əhvali-ruhiyyə yüksək səviyyədədir. Yarışa ciddi hazırlaşırıq. Yığmada taktiki-texniki cəhətdən müəyyən dəyişikliklər etmişik. İnanırıq ki, sonda hər şey bizim xeyrimizə olacaq. Əsas hədəfimiz qrupdan çıxmaqdır. Yalnız qrupdan çıxdıqdan sonra əsas hədəfə çatmağa çalışacağıq".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi yarışın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Anar Həsənov
"Minifutbol üzrə dünya çempionatı" teqi üzrə xəbərlər
- Minifutbol millimizin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilib
- Ağaseyid Qasımov: "Bizi aşağı çəkməyə çalışan insanları bizdən saymıram"
- Elvin Əlizadə: "Dünya çempionatına bəlkə də ən ciddi hazırlaşan bizim komanda idi"
- Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
- Minifutbol üzrə dünya çempionu olan Azərbaycan yığmasının oyunçuları şəhər gəzintisində