Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Günay İsmayılova karyerasını Türkiyədə davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Report” AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 19 yaşlı qapıçı “Beşiktaş”a transfer olunub. O, İstanbul təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.
L.Ə.