Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
Bu həftə Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünə start veriləcək.
Oxu.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, sayca 33-cü Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq.
İlk oyun günündə "Araz Naxçıvan" "Qarabağ"la avqustun 2-də üz-üzə gələcək. Turun digər oyunlarında isə "Neftçi" "Turan Tovuz"la, "Sumqayıt" "Kəpəz"lə avqustun 3-də qarşılaşacaq. İlk turun son oyunlarında isə "Şamaxı" "Sabah"Ia, "Zirə" isə "Səbail"lə avqustun 4-də görüşəcək.
2 avqust
20:00, "Araz-Naxçıvan" - "Qarabağ".
3 avqust
18:30, "Neftçi" - "Turan Tovuz";
20:45, "Sumqayıt" - "Kəpəz".
4 avqust
17:30, "Şamaxı" - "Sabah";
20:00, "Zirə" - "Səbail".
"Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)" teqi üzrə xəbərlər
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı
- "Qarabağ" - "Neftçi" oyununda azarkeş sayı üzrə mövsümün ikinci göstəricisi qeydə alındı
- Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub etdi
- Premyer Liqa: "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə razılaşıb