Azərbaycan Qolf Federasiyası Stem Engineering For Kids Azerbaijan ilə birlikdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Robotics & golf” adlı tədbirə start verib.
AQF-dən Oxu.Az-a verilən məlumata görə, tədbir iyun ayının sonunadək – 1 ay davam edəcək. Hər həftə uşaqlar üçün qolf dərsləri keçiriləcək, daha sonra isə qolf oyunçuları AQF-in meydançasında uşaqlara idmanın bu növünün sirrlərini öyrədəcəklər.
Əlavə məlumat üçün 012 499-86-86 nömrəsinə və ya e-poçt info@aqf.az vasitəsi ilə əlaqə saxlayın.
Qeyd edək ki, Azərbaycanın Qolf Federasiyası “Artishock” şirkəti ilə də birgə Bakıda Qolf Akademiyasında yay mövsümünün başlanması şərəfinə “Yaşı 30-dan yuxarı” adlı tədbir keçirib.
Proqram çərçivəsində qonaqlar üçün Federasiyanın baş məşqçisi Spenser Hendersonun və AQF-nin digər məşqçilərinin rəhbərliyi altında ustad dərsləri keçirilib.
2015-ci ilin əvvəlindən Qolf Akademiyası tərəfindən, uşaqlar və yeniyetmələr arasında qolfu populyarlaşdırmaq məqsədi ilə uşaqlar-yeniyetmələr üçün “FlamesGolf” proqramı həyata keçirilir. Cari proqram bir neçə davamlı mərhələlərdən ibarətdir.
Azərbaycanın Qolf Federasiyası az bir müddətdir ki, yaradılsa da, əsası qoyulduğu gündən qolfun təkcə idman növü deyil, həm də ümumilikdə həyat tərzi kimi populyarlaşdırılması sahəsində fəal iş aparır.
Bundan başqa, Azərbaycanın Qolf Federasiyası valideynlər və digər qonaqları da yaddan çıxarmır – onlar Qolf Akademiyasında tədris şəraiti ilə tanış olur, bundan sonra isə öz uşaqlarının təlimlərində iştirak edir və rahat kafedə dadlı yemək və əla kofedən zövq ala bilirlər.
Biz bütün valideynlərə bu şansı qaçırmamağı tövsiyə edirik, çünki sizin övladınız əla sağlamlıq və möhkəm əsəb sistemi kimi aşkar üstünlüklər qazanmaqdan başqa, həm də yaxın gələcəkdə qolf üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvlərindən biri ola və bu onun parlaq gələcəyinə aparacaq bir yola çevrilə bilər.