Azərbaycan Superkuboku uğrunda matçın vaxtı və məkanı müəyyənləşib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqasının qalibi “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” Superkuboku əldə etmək üçün Qəbələdə görüşəcək.
Bu qarşılaşma çempionatın başlamasından 4 gün sonra keçiriləcək. Belə ki, avqustun 13-də tərəflər ən güclünü müəyyənləşdirməyə çalışacaq.
Qeyd edək ki, ötən il Superkubok matçı Naxçıvanda keçirilmişdi. Onda Con Toşakın çalışdırdığı “Xəzər Lənkəran” yeganə titulunu “Neftçi”ni yenməklə (2:1) əldə etmişdi.