Adətən televiziyalarda yayımlanan verilişlər yay aylarında tətilə çıxsa da ATV bu yay “İsti yayım başladı” şüarı altında tamaşaçılara biri-birindən rəngarəng verilişlər təqdim edir.
Oxu.Az xəbər verir ki, bu verilişlərdən biri də 28 iyun saat 16:00-da efirə çıxacaq, əsil yay ab-havalı “Piknik”dir.
Verilişin rejissoru Aynurə Tahirqızının verdiyi məlumata görə, “Piknik”in aparıcıları Kəmalə Piriyeva və İslam Mehrəliyevdir. Verilişin ilk qonağı isə ATV kanalının istedadlı və sevilən aparıcısı Mətanət Əlverdiyevadır.
Verilişdə nələri görəcəksiz?
Mətanət nədən qorxdu?
Kəmalənin başına gələn qorxunc hadisə.
Mətanətin şəxsi həyatı yenidən gündəmdə. O, yenə də ayrıldı?
Aparıcı ilk dəfə döyülməyi barədə danışacaq.
Mətanətin ilk dəfə tamaşaçılar qarşısına çıxardacağı cavan oğlan kimdir? O, bu addımından sonra hansı reaksiyalarla üz-üzə qalacaq?
Bir sözlə ATV-də “Piknik” vaxtı çox maraqlı olacaq...
Aytən Sadıqzadə
www.oxu.az