Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 18-ci pillədə qərarlaşıb.
Oxu.Az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) cüdo yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxması yığmamızın aktivinə 2 qızıl medal yazdırıb.
Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qardaş ölkə Türkiyə və Ukrayna 40-cı (hər ikisi 1 gümüş, 1 bürünc), Gürcüstan isə (1 qızıl, 2 gümüş) 21-ci sıradadır.
İlk üçlükdə Çin (13 qızıl, 9 gümüş, 9 bürünc), Fransa (11 qızıl, 12 gümüş, 13 bürünc) və Avstraliya (11 qızıl, 6 gümüş, 5 bürünc) yer alıb.
Hələlik 54 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Paris-2024 Olimpiadasında medal sıralaması
| Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Medal sayı |
| 1 | Çin | 13 | 9 | 9 | 31 |
| 2 | Fransa | 11 | 12 | 13 | 31 |
| 3 | Avstraliya | 11 | 6 | 5 | 22 |
| 4 | ABŞ | 9 | 18 | 16 | 43 |
| 5 | Böyük Britaniya | 9 | 10 | 8 | 27 |
| 6 | Yaponiya | 8 | 4 | 6 | 18 |
| 7 | Cənubi Koreya | 7 | 5 | 4 | 16 |
| 8 | İtaliya | 5 | 8 | 4 | 17 |
| 9 | Niderland | 4 | 3 | 2 | 9 |
| 10 | Kanada | 3 | 2 | 6 | 11 |
| 11 | Almaniya | 2 | 3 | 2 | 7 |
| 12-13 | Yeni Zelandiya | 2 | 3 | 1 | 6 |
| Rumınya | 2 | 3 | 1 | 6 | |
| 14 | Macarıstan | 2 | 2 | 1 | 5 |
| 15-16 | Honkonq | 2 | 0 | 2 | 4 |
| İrlandiya | 2 | 0 | 2 | 4 | |
| 17 | Xorvatiya | 2 | 0 | 1 | 3 |
| 18 | AZƏRBAYCAN | 2 | 0 | 0 | 2 |
| 19 | Braziliya | 1 | 3 | 3 | 7 |
| 20 | İsveç | 1 | 2 | 2 | 5 |
| 21 | Gürcüstan | 1 | 2 | 0 | 3 |
| 22 | İsveçrə | 1 | 1 | 4 | 6 |
| 23 | İspaniya | 1 | 1 | 3 | 5 |
| 24 | CAR | 1 | 1 | 2 | 4 |
| 25-27 | Belçika | 1 | 0 | 2 | 3 |
| Qazaxıstan | 1 | 0 | 2 | 3 | |
| Özbəkistan | 1 | 0 | 2 | 3 | |
| 28-29 | Çexiya | 1 | 0 | 1 | 2 |
| Qvatemala | 1 | 0 | 1 | 2 | |
| 30-34 | Argentina | 1 | 0 | 0 | 1 |
| Ekvador | 1 | 0 | 0 | 1 | |
| Sloveniya | 1 | 0 | 0 | 1 | |
| Serbiya | 1 | 0 | 0 | 1 | |
| Uqanda | 1 | 0 | 0 | 1 | |
| 35-36 | İsrail | 0 | 2 | 1 | 3 |
| Meksika | 0 | 2 | 1 | 3 | |
| 37 | KXDR | 0 | 2 | 0 | 2 |
| 38-39 | Yunanıstan | 0 | 1 | 3 | 4 |
| Polşa | 0 | 1 | 3 | 4 | |
| 40-42 | Kosova | 0 | 1 | 1 | 2 |
| Türkiyə | 0 | 1 | 1 | 2 | |
| Ukrayna | 0 | 1 | 1 | 2 | |
| 43-46 | Efiopiya | 0 | 1 | 0 | 1 |
| Fici | 0 | 1 | 0 | 1 | |
| Monqolustan | 0 | 1 | 0 | 1 | |
| Tunis | 0 | 1 | 0 | 1 | |
| 47 | Hindistan | 0 | 0 | 2 | 2 |
| 48-49 | Moldova | 0 | 0 | 2 | 2 |
| Tacikistan | 0 | 0 | 2 | 2 | |
| 50-54 | Avstriya | 0 | 0 | 1 | 1 |
| Misir | 0 | 0 | 1 | 1 | |
| Portuqaliya | 0 | 0 | 1 | 1 | |
| Slovakiya | 0 | 0 | 1 | 1 |