Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Bildirilib ki, Kənan Heybətov (70 kq) qitə birinciliyinə möhtəşəm start verib.
Həmyerlimiz ukraynalı Narek Poqosyan, bolqarıstanlı Kaloyan Atanasov və belçikalı Muhammad Abdurahmanova vaxtından əvvəl - 10:0 hesabıyla qalib gələrək adını finala yazdırıb. Kənan qızıl medal uğrunda rusiyalı Maqomed Eltemirovla mübarizə aparacaq.
Fərid Cabbarovun (79 kq) da debütü uğurlu alınıb. Milli üzvü gürcüstanlı Giorgi Qoqritçianini (8:4), italiyalı Raffaele Matrullonu (10:0) və isveçrəli Umar Mavlayevi (3:1) üstələyərək finala yüksəlib. Fərid həlledici görüşdə rusiyalı Arsen Balayanla üz-üzə gələcək.
Rəhman İmanov (57 kq) təsnifat mərhələsində rusiyalı (U20) Avopa çempionu və dünya ikincisi Lev Pavlova 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz bu gün təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla qarşılaşacaq.
Murad Haqverdiyev (65 kq) ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı (U17) Avropa çempionu Amal Candubayevə məğlub olub - 4:8. Rəqib finala yüksəldiyi üçün Murad təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovla güləşəcək.
Abdulcəlil Şabanov (97 kq) təsnifat mərhələsində ermənistanlı Sergey Sarqsyana (3:11) uduzub.
Qeyd edək ki, martın 14-dək davam edəcək Avropa çempionatına Azərbaycanın 27 güləşçisi yollanıb.
"Sərbəst güləş" teqi üzrə xəbərlər
- Avropa çempionatında çıxış edəcək millimizin heyəti açıqlanıb
- Rusiya bayrağı ilə Azərbaycan çempionatına çıxdı: Tənqid edildi
- Sərbəst güləşçilərimiz reytinq turnirinin ilk günündə beş medal qazanıblar
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
- Dünya çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə başlayırlar