Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırdı - YENİLƏNİB
Azərbaycanın daha iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan Qaşım Maqomedov 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.
Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçota (ABŞ) məğlub olub.
09:20
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə başlayacaq.
58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 finalda Kay Çenq (Çin) - Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib.
Dünya çempionatı iyunun 4-də başa çatacaq.
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər