Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanlı döyüşçülər “rus döyüşü” üzrə dünya çempionları oldular
Rusiyanın Medın şəhərində yuniorlar (18-20 yaş) arasında universal döyüş üzrə dünya çempionatı keçirilib.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, azərbaycanlı idmançılar yarışda üç qızıl medal qazanıblar.
Rəqsanə Məmmədova (48 kq) layt kateqoriyası və klassik döyüşdə birinci yeri tutub.
Layt kateqoriyasında ilk pilləyə həmçinin Asim Əliyev də (60 kq) layiq görülüb.
Ümumi komanda hesabında Azərbaycan yığması Rusiyadan sonra 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, “universal döyüş” anlayışı Rusiyada 1996-cı ilə yaranıb. O həmçinin “rus döyüşü” adı ilə tanınır. Onun yaradılması tarixi sambo, karate, boks, əlbəyaxa döyüş, cüdo kimi idman növləri ilə əlaqədardır.