Azərbaycanlı futbolçu Ruslan Voronsov Şimali Kipr Türk Respublikasında oynayacaq.
Oxu.Az xəbər verir ki, o həmin ölkənin çempionatında mübarizə aparan “Gənclər Birliyi” komandası ilə müqavilə bağlayıb.
Futbolçu yoxlama görüşündə vurduğu üç qolla sözügedən komandanın baş məşqçisinin diqqətini cəlb edə bilib.
Qeyd edək ki, Ruslan Voronsov ötən mövsüm Azərbaycanın I divizionunda çıxış edən “Ağsu” klubunun futbolçusu olub.
Səbuhi MUSAYEV
Rəylər