Azərbaycanlı FİFA hakimi Tural Qurbanov növbəti təyinat alıb.
Oxu.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1-ci turu çərçivəsində keçiriləcək "Borusiya" (Dortmund, Almaniya) - "Vilyarreal" (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Qeyd edək ki, görüş sentyabrın 8-i Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.
Qaynar xətt:
(055) 224 12 12