Azərbaycanın FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun qarşılaşmalarını idarə edəcəklər.
Oxu.Az xəbər verir ki, Elçin Məsiyev Belçikada keçiriləcək "Anderlext" - "Zalsburq" matçının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Nicat İsmayıllı isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Əliyar Ağayev isə İspaniyada baş tutacaq "Selta" - "Union" görüşünü idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, dördüncü hakim isə Rauf Cabarov olacaq.
Qeyd edək ki, "Anderlext" - "Zalsburq" qarşılaşması noyabrın 5-də Bakı vaxtı ilə saat 21:45-də, "Selta" - "Union" matçı isə noyabrın 5-dən 6-na keçən gecə saat 00:00-da başlayacaq.