"Formula-1" üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü 5 dəqiqəlik fasilədən sonra bərpa olunub.
Oxu.Az xəbər verir ki, "Racing Bulls" komandasının britaniyalı pilotu Arvid Lindbladın zədələnmiş bolidi trasdan götürüldükdən sonra sessiya davam etdirilib.
Bir müddət sonra "Haas" komandasının pilotu Oliver Bearman mühərrikdə yaranan nasazlıq səbəbindən mübarizəni dayandırmalı olub. Lakin onun bolidi təhlükəsiz yerdə olduğu üçün yarış dayandırılmayıb.
Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşündə qırmızı bayraq dalğalandırılıb.
Oxu.Az xəbər verir ki, "Racing Bulls" komandasının pilotu Arvid Lindblad 8-ci və 9-cu döngələrdə idarəetməni itirərək bolidini divara çırpıb.
Hadisədən sonra sessiyada qırmızı bayraq dalğalandırılıb və yürüş müvəqqəti dayandırılıb.