Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"UFC Fight Night": Gecənin əsas döyüşündə Xalil Rauntri qalib gəldi
Bakıda təşkil edilən "UFC Fight Night" gecəsinin ən əsas qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, Camal Hill ilə Xalil Rauntri arasında döyüş 5 raund davam edib.
Bu cütlüyün duelindən Xalil Rauntri qalib ayrılıb.
"UFC Fight Night" turnirində gecənin əsas qarşılaşması başlayıb.
Oxu.Az xəbər verir ki, söhbət əsas kartın son - altıncı döyüşü olan, yarımağır çəkidə keçmiş çempion Camal Hill və Xalil Rauntri arasındakı döyüşdən gedir.
Qeyd edək ki, bu döyüş digərlərindən fərqli olaraq, əsas döyüş olduğu üçün 3 deyil, 5 raunddan ibarətdir.
Daha çox foto burada: PhotoStock.az
Bakıda keçirilən "UFC Fight Night" turnirnin əsas kartının növbəti cütü arasında qalibin adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, ağır çəkidə ABŞ-dən olan Körtis Bleyds və Rizvan Kuniyev (Rusiya) arasındakı döyüş rusiyalının məğlubiyyəti ilə yekunlaşıb.
Beləcə əsas döyüş kartında 4-cü görüş də yekunlaşıb.
Hazırda idmançımız Rafael Fiziyevlə Çilidən olan İqnasio Bahamondesin döyüşünün hazırlıqları başlayıb.
Daha çox foto burada: PhotoStock.az
Bakıda ilk dəfə təşkil edilən "UFC Fight Night" turnirinin əsas kartının ilk görüşü baş tutub.
Oxu.Az xəbər verir ki, yarımyüngül çəkidə Tacikistan təmsilçisi Məhəmməd Naimov Avstriyadan olan Boqdan Qradla qarşılaşıb və bu görüşdən qalib ayrılıb.
Hazırda yüngül çəkidə Azərbaycan idmançısı Nazim Sadıxovun braziliyalı Nikolas Motta ilə döyüşü başlayıb.
Daha çox foto burada: PhotoStock.az
Bakıda ilk dəfə təşkil edilən "UFC Fight Night" turnirinin ilkin kartının sonuncu - altıncı döyüşü də sona çatıb.
Oxu.Az xəbər verir ki, yarımorta çəkidə Cənubi Koreyadan olan Sok Hyon Ko uelsli Oban Elliottu 3 raundun yekununda məğlub edib. Bununla da döyüş gecəsinin ilkin kartının bütün döyüşləri yekunlaşıb.
Daha çox foto burada: PhotoStock.az
İndi isə "UFC Fight Night" turnirinin ilk dəfə təşkil olunan Bakı mərhələsinin səbirsizliklə gözlənilən əsas kartının görüşlərinə start verilir.
"Baku Crystall Hall"da təşkil edilən dünyaca məşhur döyüş gecəsinin əsas kartında yer alan üç azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayevə çatıb. İndidən etibarən onlar növbə yerli publika önündə rəqiblərini sınağa çəkməyə başlayacaqlar.
Əsas döyüş kartında mübarizə aparacaq döyüşçülərin sıralanması bu cürdür:
Yarımyüngül çəki: Məhəmməd Naimov (12-3-0, Tacikistan) - Boqdan Qrad (15-2-0, Avstriya);
Yüngül çəki: Nazim Sadıxov (10-1-1, Azərbaycan) - Nikolas Motta (15-5-0, Braziliya);
Ağır çəki: Körtis Bleyds (18-5-0, ABŞ) - Rizvan Kuniyev (12-2-1, Rusiya);
Yüngül çəki: Tofiq Musayev (UFC-də debüt, Azərbaycan) - Mıktıbek Orolbay (13-2-1, Qırğızıstan);
Yüngül çəki: Rafael Fiziyev (12-4-0, Azərbaycan) - İqnasio Bahamondes (17-5-0, Çili);
Yarım ağır çəki: Camal Hill (12-3-0, ABŞ) - Xalil Rauntri C. (14-6-0, ABŞ).
Qeyd: mötərizələrdəki rəqəmlər müvafiq olaraq qələbə, məğlubiyyət və heç-heçələri ifadə edir.
Bakıda təşkil edilən "UFC Fight Night" turnirinin ilkin kartının beşinci döyüşündə də azarkeşlər nokaut görməyiblər.
Oxu.Az xəbər verir ki, orta çəkidə oktaqona çıxan Cənubi Koreyadan olan Park Çun Yon mərakeşli İsmayıl Naurdiyevi əzmkarlıq göstərərək məğlub etməyi bacarıb.
İkinci raundda İsmayılın zərbələrindən sonra koreyalı idmançının gözünün biri tamamilə bağlanmışdı. Həkimlər oyunu yarımçıq saxlatmaq istəsələr də, Pak Çun Yon döyüşmək istədiyini bildirib və qarşılaşmadan qalib ayrılıb.
Hhazırda "UFC Fight Night" turnirinin ilkin kartında son - altıncı döyüş başlayıb. Yarımorta çəkidə Cənubi Koreyadan olan Sok Hyon Ko uelsli Oban Elliott ilə üz-üzə gəlir.
Daha çox foto burada: PhotoStock.az
"UFC Fight Night" turnirinin ilkin kartında yer alan növbəti qadın iştirakçılar arasında görüş sona çatıb.
Oxu.Az xəbər verir ki, yarımyüngül çəkidə Rusiyanı təmsil edən Darya Jeleznyakova İngiltərədən olan Melisa Mallinsə 3 raundun nəticəsində xal hesabı ilə qalib gəlməyi bacarıb.
Turnirdə növbəti görüşdə kişilər arasında orta çəkidə Mərakeşi təmsil edən İsmayıl Naurdiyev Cənubi Koreyadan olan Park Çun Yonla qarşılaşır.
Daha çox foto burada: PhotoStock.az
Bakıda təşkil edilən "UFC Fight Night" turnirinin ilkin kartında qadın iştirakçılar arasında baş tutan görüş yekunlaşıb.
Oxu.Az xəbər verir ki, yarımyüngül çəki dərəcəsində Rusiyanı təmsil edən İrina Alekseyeva Polşadan olan Klaudiya Siqulaya məğlub olub.
Hazırda növbəti qadın döyüşçülər oktaqona daxil olublar.
Belə ki, bu dəqiqələrdə yarımyüngül çəkidə Rusiyanı təmsil edən Darya Jeleznyakova İngiltərədən olan Melisa Mallins ilə mübarizə aparır.
Daha çox foto burada: PhotoStock.az
Bakıda "UFC Fight Night" gecəsinin ikinci döyüşünün də qalibin adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, yüngül çəkidə Rusiyanı təmsil edən Taqir Ulanbekov qazaxıstanlı Maksum Azatı məğlub edib.
İlk görüşdə olduğu kimi, bu döyüşdə də nokaut qeydə alınmayıb.
Döyüş gecəsində növbəti qarşılaşma yarımyüngül çəki dərəcəsində Rusiyanı təmsil edən İrina Alekseyeva və Polşadan olan Klaudiya Siqula arasında davam edir.
Qeyd edək ki, əsas və ilkin kartın hərəsində altı olmaqla, ümumilikdə 12 döyüş nəzərdə tutulub. Əsas kartda yerli publika önündə üç azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev döyüşəcəklər.
Daha çox foto burada: PhotoStock.az
Bakıda "UFC Fight Night" gecəsinin ilk döyüşünün qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, nigeriyalı Məhəmməd Usman rəqibi, misirli Hamdi Abdel Vahaba qalib gəlib.
O, rəqibini 3 raundun nəticəsinə görə xal hesabı ilə üstələməyi bacarıb.
Qeyd edək ki, əsas və ilkin kartın hərəsində altı olmaqla, ümumilikdə 12 döyüş nəzərdə tutulub. Əsas kartda yerli publika önündə üç azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev döyüşəcəklər.
Daha çox foto burada: PhotoStock.az
Bu gün Bakıda ilk dəfə təşkil olunan "UFC Fight Night" turnirinin ilkin kartında görüşlərə start verilib.
Oxu.Az xəbər verir ki, "Baku Crystall Hall"da təşkil edilən dünyaca məşhur döyüş gecəsində oktaqona bu dəqiqələrdə öncə ilkin kartın iştirakçıları çıxıblar.
Belə ki, ağır çəkidə ilk olaraq misirli Hamdi Abdel Vahabla nigeriyadan olan UFC döyüşçüsü Məhəmməd Usman oktaqona daxil olublar.
İlkin kartda mübarizə aparacaq cütlüklərin sıralanması:
Yarımyüngül çəki: İrina Alekseyeva (5-2-0, Rusiya) - Klaudiya Siqula (6-2-0, Polşa);
Yarımorta çəki: Sok Hyon Ko (1-0-0, Cənubi Koreya) - Oban Elliott (12-2-0, Uels);
Ağır çəki: Hamdi Abdel Vahab (6-0-0, Misir) - Məhəmməd Usman (11-4-0, Nigeriya);
Yarımyüngül çəki: Melisa Mallins (7-1-0, İngiltərə) - Darya Jeleznyakova (9-2-0, Rusiya);
Orta çəki: İsmayıl Naurdiyev (24-7-0, Mərakeş) - Pak Çun Yon (18-6-0, Cənubi Koreya);
Ən yüngül çəki: Taqir Ulanbekov (16-2-0, Rusiya) - Maksum Azat (17-1-0, Qazaxıstan);
Qeyd edək ki, əsas və ilkin kartın hərəsində altı olmaqla, ümumilikdə 12 döyüş baş tutacaq. Əsas kartda yerli publika önündə üç azərbaycanlı - Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev döyüşəcəklər.
Təhməz Əsədov
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Rafael Fiziyev braziliyalı ulduz Çarlz Oliveyranı döyüşə çağırdı
- Tofiq Musayevin UFC-dəki növbəti döyüşünün tarixi bəlli oldu - ÖZƏL
- UFC döyüşçüsü Arman Sarukyan: "Azərbaycanlı tanışlarım çoxdur, mənə kömək ediblər"
- "Tofiqin şansı Fiziyev qədər deyil" - Bakıdakı UFC turnirində hansı gözlənilməz hadisələr yaşandı?
- Həbib Nurməhəmmədov UFC tarixinin ən yaxşı döyüşçüsünü açıqladı